Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə 2021-ci ilin nəticələrinə görə ödənilən qısamüddətli ödənişlərni məbləği məlum olub.
Eləcə də bax: Mərkəzi Bank mənfəətdən - ZƏRƏRƏ KEÇİB
FED.az AMB-nin «KPMG Audit Azerbaijan» tərəfindən hazırlanan 2021-ci il üzrə hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə AMB-nin rəhbərliyinə 1 milyon 146 min manat məbləğinldə qısamüddətli ödəniş (əmək haqqı) ödənilib.
«Təmiz» işləyən nazir nə qədər maaş almalıdır? — ARAŞDIRMA
Bu əvvəlki, 2020-ci illə müqayisədə 100 min manat azdır- xatırladaq ki, 2020-ci ilin nəticələrinə görə, AMB-nin rəhbərliyinə 1 milyon 256 min manat ödəniş edilmişdi.
Xatırladaq ki, AMB-nin rəhbərliyi dedikdə bankın idarə heyətinin sədri və üzvləri, baş diroktər və iki müşavir nəzərdə tutulur. 2021-ci ildə idarə heyətində 4 rəhbər işçi olub. Bunlar sədr (Elman Rüstəmov – 2022-ci ilin aprelində vəzifəsini tərk edib) və onun 3 müavinidir.