Azərbaycan Mərkəzi Bankı 2021-ci ili 162 milyon 746 min manat xalis zərər ilə başa vurub. Halbuki, qurum 2020-ci ili 52 milyon 485 min manat xalis mənfəət ilə bağlamışdı.
Eləcə də bax: Mərkəzi Bank valyuta aktivlərinin idarə edilməsindən gəlirini - AÇIQLADI
FED.az xəbər verir ki, 2020-ci ildə Mərkəzi Bankın effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 151 milyon 881 min manat ikən, 2021-ci ildə 121 milyon 86 min manata geriləyib. (Marja)