Xəbər verdiyimiz kimi, bu gün sürpriz şəkildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 7,50 faiz bəndi artıraraq 25 faizə qaldırıb. Bankın uçot dərəcəsini 20 faizə qədər artıracağı proqnozlaşdırılırdı. TCMB-nin yeni administrasiya iyun ayında işə başlayanda uçot dərəcəsi 8,50 faiz səviyyəsində idi.
Türkiyə Mərkəzi Bankı faizini - KƏSKİN ARTIRDI
FED.az xəbər verir ki, TCMB-nin faiz qərarı açıqlanmamışdan əvvəl Dollar/Türk Lirəsi məzənnəsi 27,2493 lirə səviyyəsini görmüşdü. Qərardan sonra məzənnə 26 lirə səviyyəsindən də aşağı düşüb və 25,2528 lirə olub (saat 16:53-ə olan məlumat). Türk Lirəsi Dollar qarşısında 6,6 faiz bahalaşıb.
Qeyd edək ki, adətən Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin artırılması kreditlərin bahalaşması, ümumi tələbin azalması və işsizlin artmasına səbəb olur. Nəticədə inflyasiya aşağı düşür və Mərkəzi Bank öz hədəfinə çata bilir. (Marja)