Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) növbəti faiz qərarını açıqladı.
"Türkiyədə məzənnənin sabitliyi Azərbaycan üçün də vacibdir" - EKSPERT
FED.az xəbər verir ki, TCMB əsas faizini (uçot dərəcəsini) 7,50 bənd artıraraq 17,5%-dən 25%-ə yüksəltdi.
İqtisadçılar arasında keçirilmiş sorğuya görə, TCMB-nin faizini 18,50% -20,00% civarına çatdıracağı gözlənilirdi.
TCMB əvvəlki iclasda faizini 2,50 faiz bənd artıraraq 17,5%-ə çatdırmışdı.
Bakı vaxtı ilə saat 15:05-də Dollar/Türk Lirəsi məzənəsi 26,45 lirə səviyyəsinə düşüb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB bir həftəlik repo faizini (əsas faiz dərəcəsi) 2021-ci ildəki 19%-dən 8,5%-ə endirilmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılmış, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilmişdi. Seçkidən sonra Maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilmiş, faizin artırılmasına qərar verilmişdir. İyun və iyul ayından TCMB faizini 9 faiz bəndi artıraraq 8,5%-dən 17,5%-ədək yüksəltmişdi. Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunda əhəmiyyətli bir yaxşılaşma əldə olunana qədər mərhələli şəkildə sərt pul siyasətinin davam edəcəyini bildirilmişdi. (Marja)