2022-ci ildə Azərbaycanda tədiyə balansında əhəmiyyətli profisit gözlənilir.
Eləcə də bax: AMB inflyasiya proqnozlarını - AÇIQLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank bildirir.
"Tədiyə balansının profisitli olması ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Cari ilin 11 ayında strateji valyuta ehtiyatları 4,4 faiz (2,2 milyard dollar) artaraq 53 milyard dolları, Mərkəzi Bankın ehtiyatları isə 10,2 faiz artaraq 7 milyard dolları üstələyib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir", - Mərkəzi Bankın məlumatında deyilir.
Bundan başqa, qeyd olunur ki, Mərkəzi Bankın son iclasdan bəri koronavirusun yeni ştammının meydana gəlməsilə davamlı artan neft qiymətində müəyyən korreksiya baş verib.
"Brent markalı neftin orta qiyməti noyabrda 81 ABŞ dolları olduğu halda, dekabrın ötən dövründə 73 ABŞ dollarına enmişdir. Ümumilikdə, 2021-ci ilin ötən dövründə neftin orta qiyməti 71 ABŞ dolları təşkil etmişdir. Qısamüddətli dəyişkənliyə baxmayaraq, beynəlxalq təşkilatlar 2022-ci ildə dünyada neftə tələbin artmaqda davam edəcəyini proqnozlaşdırırlar. OPEK++ formatında qəbul edilmiş son qərarlar 2022-ci ildə də neft qiymətinə artırıcı təsir edəcəkdir", - məlumatda bildirilir.