Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, cari ildə orta illik inflyasiya 6,3-6,6%, illik inflyasiya isə 11,4-11,9% səviyyəsində gözlənilir.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, AMB-yə görə, baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək.
Qeyd edək ki, cari ilin ilin yanvar-noyabr aylarında ölkədə ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya isə 11,1% təşkil edib.
Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə ortaillik inflyasiya 7,4%, təkcə qida məhsulları üzrə 7,4, spirtli içkilər üzrə 2,4%, tütün məmulatları üzrə 9,6%, qeyri-ərzaq məhsulları üzrə 4,8%, ödənişli xidmətlər üzrə isə 5,4% təşkil edib.