İyunun 19-da Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən FED.az-a verilən məlumata görə, hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.
Hərracın tarixi: 19 iyun 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: hibrid hərrac;
Məbləğ: 200 000 000 (iki yüz milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 12,01% – 14,99%.