Avqustun 7-də Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən FED.az-a verilən məlumata görə, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.
Hərracın tarixi: 7 avqust 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: hibrid hərrac;
Məbləğ: 150 000 000 (yüz əlli milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 10,01% – 14,99%.