Meksikan pesosunun qiyməti (FX: USD/MXN) altı həftədə maksimum zirvəsinə çatmışdır: beləliklə, investorlar ABŞ-da prezident seçkiləri qabağı başa çatmaqda olan debatlara münasibət bildirmişlər. Bunu onlar tərəfindən indi Donald Tramp üzərində üstünlüyə malik Hillari Klintona verilən dəstək kimi qiymətləndirmək olar. Bu barədə Bloomberg yazır.
Meksikanın milli məzənnəsi özünün bütün əsas 16 cütündə mövqeyini möhkəmləndirdi və son 4 gün ərzində artım nümayiş etdirdi.
Tokyodakı sövdələşmələr zamanı günorta saat 12:42-də pesonun dollara nisbətdə qiyməti 0,2% artaraq bir dollara 18,4790 peso təşkil etdi və bununla da 8 sentyabrdan bəri olan 18,4558 maksimumunu ötüb keçdi.
İnkişaf etməkdə olan ölkələrin məzənnələri arasında meksikan pesosu ən likvid məzənnələrdən biri hesab edilir. Bu məzənnə həm treyderlər tərəfindən, həm də sövdələşmələr riskinin azaldılması üçün hec-fondlar tərəfindən istifadə olunur. ABŞ-da gedən prezident "yarışları"na cavab olaraq pesonun kursu Tramp Klintonu ötüb keçərək üstünlük qazandıqda daim aşağı düşür və əksinə, Klintonun prezidentliyə namizəd kimi mövqeyi gücləndikdə pesonun kursu artır. Bu da məhz Trampın namizədliyi ilə bağlı investorların qorxularını əks etdirir.
insider.pro©
Meksikan pesosu 6 həftədə maksimuma çatdı
14:02
20 Okt 2016