25 oktyabr tarıxındə “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə iki hərrac keçiriləcək.
Bir istiqrazın nominal dəyəri 100 manat, ümumi həcmi 10 mln. manatdır.
İstiqrazların tədavül müddəti 364 gündür.
İstiqrazların ödəmə müddəti 24 oktyabr 2017-ci ildir.
Digər hərrac üzrə bir istiqrazın nominal dəyəri 100 manat, ümumi həcmi 17 mln. manatdır. Bu istiqrazların tədavül müddəti 182 gün, ödəmə müddəti 4 aprel 2017-ci ildir.
İstiqrazların yerləşdirilməsində anderrayter qismində “Paşa Kapital İŞ” QSC çıxış edəcək.
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək
15:19
24 Okt 2016