Beynəlxalq Valyuta Fondu tərəfindən $650 milyard məbləğində SDR-in bölüşdürülməsi zamanı respiblikanın kvotası çərçivəsində Azərbaycana ayrılan 375 milyon SDR və ya $0,53 milyard məbləğində vəsait ölkənin hesabına daxil olub.
Eləcə də bax: Beynəlxalq Valyuta Fondu Azərbaycana - 530 MİLYON DOLLAR AYIRACAQ
FED.az xəbər verir lo, avqustun 23-də BVF-nin İdarəetmə Şurası bölüşdürülməni təsdiq edib.
“Avqustun 23-də 375 milyon SDR və ya $0,53 milyard BVF-də Azərbaycanın hesabına daxil olub”, - Maliyyə Nazirliyindən məlumat verilib.
Öz növbəsində, hökumətdən olan mənbə “İnterfaks-Azərbaycan”a məlumat verib ki, Azərbaycan hökuməti BVF-dən əldə olunan vəsaitin xərclənəcəyi istiqaməti hələlik müəyyən etməyib.
BVF-nin qərarına əsasən, ölkələr bölüşdürülən SDR-in öz istəklərinə görə istifadə etmək hüququna malikdirlər.
Valyuta ehtiyatlarının bir hissəsi olan SDR saxlanıla və ya digər üva ölkələrdən sərbəst konversiya edilmiş valyuta əldə etmək məqsədilə dəyişdirilə bilər. Bundan başqa, xarici iqtisadi əməliyyatlar üzrə dayanqılı mövqelərər malik üzv ölkələri bölüşdürülmüş SDR-i böhrandan asonra iqtisadiyyatlarının bərpası məqsədilə daha kasıb və zəif ölkələrə kömək üçün könüllü şəkildə təqdim edə bilərlər.
Azərbaycanın BVF-də kvotası 391, milyon SDR (555 milyon ABŞ dollarına yaxın), xüsusi çəkisi – bütün vəsaitin 0,08%-ni təşkil edir.
$500 milyaarddan az olmayan əlavə SDR-in buraxılması təklifləri ilk dəfə COVİD-19 pandemiyasının birinci dalğasının pik nöqtəsində, 2020-ci ilin yazında sələndirilib. Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru KristalinaGeorgiyevabaş tutmuş bölüşdürməni “görünməmiş böhran dövründə dünya iqtisadiyyatı üçün peyvənd” adlandırıb. Vəsaitin ayrılması ölkələrin, beynəlxalq ehtiyatların likvidliyini artıraraq, pandemiyadan sonra bərpasına yardım etməlidir. (İnterfaks)