Rusiyanın internet şirkəti olan, ВКонтакте və Одноклассники sosial şəbəkələrinə sahib Mail.ru Group (LSE: Mail.ru Group `MAIL`) şirkətinin gəliri 2016-cı ilin 3-cü rübündə 5% artdı və 9,13 milyard rubla çatdı. Direktorlar şurasının sədri Dmitriy Qrişin dedi: "2016-cı ilin 9 ayı ərzində gəlir 9.3% artmışdır. Pixonic-i də əldə etməyimizi nəzərə alsaq ümumi gəlir artımı 3-cü rübdə 9.4% təşkil etmişdir. Pixonic-in əldə edilməsi oktyabrın əvvəlində başa çatmışdır".
Qeyd edək ki, Rusiyanın Pixonic şirkəti mobil oyunlar tərtibatçısı şirkətidir və bu şirkət War Robots oyununu yaradaraq məşhurlaşmışdı.
insider.pro©