Bu ilin ilk yarısında Rusiyanın “Qazprom” şirkətinin xalis mənfəəti 34,8% azalaraq 408,05 mlrd. rubl təşkil edib.
FED.az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.
Hesabat dövründə səhmdarlara aid mənfəət isə 37,2% azalaraq 381,35 mlrd. rubl olub. Bu ilin II rübündə şirkətin xalis mənfəəti 5,1 dəfə azalaraq 47,893 mlrd. rubl təşkil edib.
İlk yarımillikdə “Qazprom”un gəlirləri 4,8% artaraq 3,21 trln. rubla, II rübdə isə 5,1% artaraq 1,395 trln. rubla çatıb. Şirkətin satışdan mənfəəti 17,2% artıb və 484,3 mlrd. rubl olub.
İlin birinci yarısında “Qazprom”un xalis borcu 19% artaraq 2,292 trln. rubl təşkil edib.