“Muğanbank”ın “MONEX” təcili pul köçürmə sistemi fəaliyyətini genişləndirməkdə davam edir. Belə ki, artıq “Rico Express” (http://rico.ge) və “Bonaco Express” (http://bonaco.ge) Mikro Maliyyə Təşkilatlarının Gürcüstanda fəaliyyət göstərən bütün şöbələrində “MONEX” təcili pul köçürmə sistemi vasitəsilə təcili pul köçürmələrini almaq və göndərmək mümkündür. Bununlada Monex təcili pul köçürmə sisteminin Gürcüstanda əməkdaşlıq etdiyi nöqtələrin sayı 572-yə yüksəlmişdir.
Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “MONEX” Sistemi ölkədə fəaliyyət göstərən 24 bank, o cümlədən Azərpoçtun filial və şöbələrində müştərilərə xidmət göstərir. Bu sistem vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə edən 30.000-dən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə bilər. Təcili Pul Köçürmələrindən əlavə “MONEX” Sistemində Kütləvi Ödənişlər, IBAN hesaba köçürmələr, Online təcili pul köçürməsi və eManat terminalı vasitəsilə pul köçürməsi xidmətləri mövcuddur.
marja©