Azərbaycan Banklar Assosiasiyası nəzdində “Hərrac Mərkəzi” MMC yaradılıb.
FED.az xəbər verir ki, bu haqda məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alıb. Məlumata görə, şirkət cari ilin mayın 22-də dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 1000 manat, qanuni təmsilçisi isə Yunus Abdulovdur.
Qeyd edək ki, şirkət Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdərov, ev 1 ünvanında yerləşir.