Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər dövlət maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalar 2017-ci il dövlət büdcəsində 5,95 mln. manat təsdiq olunub.
Hesablama Palatasının təhlilinə görə, bundan 150 min manat "Aqrarkredit” QSC, 4,118 mln. manat “Azər-Türk Bank” ASC, 1,682 mln. manat “Azərlotereya” ASC üzrə alınan dividendlər üzrə nəzərdə tutulub.
Təhlildə vurğulanıb ki, bu mənbə üzrə daxilolmalar 2017-ci ilin 6 ayında icra 500 min manat, yəni illik proqnozun 8,4%-i həcmində təşkil edib ki, həmin məbləğ 2016-cı ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi nəticəsində “Azərlotereya” ASC-dən daxil olub. Bu da 2016-cı ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə eynidir.
Digər təşkilatlar tərfindən dividendlər üzrə ödənişlər həyata keçirilməib.