Maliyyə naziri və neft naziri vəzifəsini icra edən Anas əl-Saleh hesab edir ki, növbəti 15 ay ərzində neft qiymətləri bir barelə 50-60 dollar civarında təşkil edəcəkdir. Bu barədə Reuters agentliyi xəbər verir. Nazir həmçinin vurğulayıb: “Biz neft qiymətlərini 50-dən 60 dollar səviyyəsində görəcəyimizə ümid edirik və növbəti 15 ay ərzində məhz qiymətlərin bu diapazonda olacağını düşünürük”.
Daha ətraflı məlumat üçün: https://ru.insider.pro/topnews/2016-10-23/ministr-nefti-kuvejta-zhdet-rosta-cen-na-neft-do-60-v-2017-godu/ linkə baxa bilərsiniz.
Neft naziri həmçinin onu da bildirmişdir ki, alıcı və satıcıları qane edəcək səviyyədə bazarı tarazlaşdırmaq üçün ciddi cəhdlər edilir.
O, Körfəzyanı ərəb ölkələrinin əməkdaşlıq Şurasının görüşünü nümunə olaraq göstərmişdi. Qeyd edək ki, bu görüş Rusiya energetika nazirinin iştirakı ilə Riyadda bazar günü keçiriləcəkdir.
insider.pro©
Küveytin neft naziri 2017-ci ildə neftin qiymətinin bir barel üzrə 60 dollaradək qalxacağını gözləyir
14:55
24 Okt 2016