Cənubi Koreya hökuməti ilə kriptovalyutalar arasındakı problem tam sürətlə davam edir. Ölkədə kriptovalyutalarla bağlı ciddi tənzimləmələrin ediləcəyi bildirildikdən sonra hökumət işləri sürətləndirib.
Hökumətin əsas məqsədi isə banklarla yanaşı, birjaların kriptovalyuta ticarəti ilə məşğul olan şəxslər haqqında məlumatları toplamaqdır.
Cənubi Koreya mətbuatının verdiyi məlumata görə, bu yeni sistem banklarda ən geci fevralın əvvəlinədək tətbiq ediləcək. Ölkədə bankların anonim şəkildə kriptovalyuta ticarəti edən hesablara giriş icazəsi yoxdur. Ancaq bu, yeni qanunla dəyişəcək və banklar bu mövzuda məlumat alacaqlar.
Eyni zamanda, bu hərəkətlə kriptovalyutadan əldə olunan gəlirlərin vergiyə cəlb olunması planlaşdırılır. Hazırda hökumət buna görə hər hansı vergi tutmur, ancaq hesablara daxil olunandan sonra gəlirlərə xüsusi vergilər tətbiq ediləcək.