FED.az “Vergilər” qəzetinə istinadən məlumat verir ki, neft-mədən avadanlığının tədarükü sahəsində xidmətlər göstərən İtaliyanın “Valvitalia S.p.A” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunmasını elan edib.
Şirkətin kreditorları öz tələblərini iki ay müddətində Bakı şəhəri, B.Səfəroğlu küçəsi, 133 ünvanı üzrə irəli sürə bilərlər.