İranın milli valyutasının adı dəyişib.
FED.az xəbər veriri, APA-nın Tehran bürosunun məlumatına görə, İran Nazirlər Kabinetinin qərarına əsasən yeni “tümən” rialın 10 mislinə bərabər götürülüb.
Bundan sonra İranın pul vahidi 10 riala bərabər “tümən” olacaq.
Qeyd edək ki, ötən il İran Mərkəzi Bankı pul vahidinin dəyişdirilməsi layihəsini hazırlayın və Nazirlər Kabinetinə təqdim edib. Uzun müddətdir İran əhalisi ödənişlərdə rial əvəzinə tüməndən istifadə edirdi. Halbuki rəsmən mübadilələrdə rialdan istifadə olunurdu. Bundan sonra rəsmi mübadilələr zamanı əsas pul vahidi qismində tümən çıxış edəcək.