Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostini qəbul edib.
FED.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Bakıda yüksək səviyyədə təşkil edilən Formula-1 yarışlarının dünya səviyyəsində əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı “VTB Bank”ın uzun il Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi bildirildi, ölkələrimiz arasında bank əməkdaşlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.