Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və beynəlxalq donor Gəncə şəhərinin işıqlandırma sisteminin yaxşılaşdırılması üçün Azərbaycana 12,5 milyon avro ayıracaq.
Eləcə də bax: AYİB-in Azərbaycan üzrə portfeli cüzi - Artıb
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Bank və donor Gəncə şəhərində işıqlandırma sisteminin modernləşdirilməsini dəstəkləyəcək. Xüsusilə, AYİB bu layihəyə 10 milyon avro, beynəlxalq donor – 2,5 milyon avro məbləğində qrant ayıracaq.
Layihə üzrə benefensiar Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyidir.
Hazırlığı son mərhələdə olan layihə çərçivəsində Gəncə şəhərində ayrı-ayrı küçələrin işıqlandırma şəbəkəsinin modernləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə sisteminin təbiqi və işıqlandırmanın monitorinqi, dirəklərin və güc kabellərinin dəyişdirilməsi nəzərdə tutulur.
“Layihə şəhərdə küçə işıqlandırması infrastrukturunun yaxşılaşdırılması hesabına enerjiyə mühüm dərəcədə qənaətinin təmin etməyə imkan yaradacaq. Bu, həmçinin küçə işıqlandırmasının istifadəsi və texniki xidməti göstərilməsini optimallaşdırmağa, xidmət keyfiyyətini artırmağa, ətraf mühtin, sağlamlığın və vətəndaşların təhlükəsizliyinin mühafizəsini təmin etməyə kömək edəcək. O cümlədən, layihə “yaşıl enerjiyə” keçidi təmin edəcək”, - bankdan vurğulanıb.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövrü ərzində AYİB Azərbaycanda 177 layihənin maliyyələşdirilməsinə təxminən 3,5 milyard avro vəsait ayırıb. Hazırda bankın Azərbaycan üzrə aktiv portfeli 36 layihədən ibarətdir, bu layihələrə 1,124 milyard avro ayrılıb. (İnterfaks)