Dollar digər əsas valyutalara qarşı bazar ertəsi yeni 8-aylıq maksimumuna çatdı. Bu isə ilin axırına qədər FRS-in faiz dərəcələrini artıracağı barədə gözləntilər fonunda baş verirdi.
Dollar indeksi Moskva vaxtı ilə saat 8:45-də 0.1% güclənərək 98,718 qiymətinə çatdı və 3 fevral tarixindən bəri müşahidə edilən ən yüksək səviyyəsində - 98,846 qiymətində - qərarlaşdı.
Ötən cümə San-Fransisko federal ehtiyatlar bankının rəhbəri Con Uilyams FRS-in tezliklə faiz dərəcələrini qaldıracağı barədə fikri söylədi və jurnalistlərə dedi ki, bu il pul-kredit siyasətinin sərtləşdirilməsi üçün münasib ildir.
Həmçinin mərkəzi bankın digər vəzifəli şəxsləri, o cümlədən Nyu-York federal bankının prezidenti Uilyam Dadli və FRS vitse-sədri Stenli Fişer kimi şəxslər də atəşin çıxışlar etdilər.
Federal fond dərəcələri üzrə fyuçers kotiovkaları göstərir ki, bazar FRS-in faiz dərəcələrini dekabrda qaldırma ehtimalını 70 faiz şəklində qiymətləndirir.
Dollara dəstək kimi həmçinin bu yaxınlarda keçirilən ictimai sorğu da çıxış etmişdir. Həmin sorğunun nəticələrinə görə ABŞ prezidentliyinə namizəd olan respublikaçı Donald Tramp 8 noyabr seçkiləri ərəfəsində demokratların təmsilçisi Hillari Klintona məğlub olmaqda davam edir.
investing.com©