“Fitch” beynəlxalq reytinq agentliyi Dövlət Neft Şirkətinin (SOCAR) Müstəqil Kredit Profilini (SCP) “b+” səviyyəsində qiymətləndirir, əsas məhdudiyyətin yüksək borcun kapitalın dəyərinə nisbəti (“leverage”) olduğunu bildirir. Bu nisbət yüksək olsa da, nəzarət altındadır”.
Eləcə də bax: “Fitch" SOCAR-ın reytinqini - TƏSDİQLƏYİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
“SOCAR-ın 2020-ci il performansı tənzimlənən daxili qiymətlər və güclü ticarət əməliyyatları səbəbindən zəif beynəlxalq neft qiymətlərinə baxmayaraq kifayət qədər güclü olub. Şirkətin bu i, daha yüksək beynəlxalq neft qiymətləri və 2021-ci ilin yanvar ayından etibarən tənzimlənən yanacağın qiymətlərinin artması ilə gəlirlərini bərpa edəcəyi gözlənilir”, - deyə “Fitch” bəyan edib.