“Fitch" beynəlxalq reytinq agentliyi Hökumətlə Əlaqəli Qurumların (GRE) Reytinq Meyarlarına uyğun olaraq Dövlət Neft Şirkətinin (SOCAR) reytinqini Azərbaycanın suveren reytinqinə (BB+/Stabil) bərabərləşdirilib.
Eləcə də bax: Fitch Ratings Azərbaycanda devalvasiya riski ilə bağlı - PROQNOZUNU AÇIQLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, reytinq SOCAR-a verilən maliyyə zəmanətləri, pul köçürmələri və kapital qoyuluşları formasında dövlət dəstəyi, o cümlədən şirkətin sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyəti ilə əsaslandırılır.