“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib, proqnoz – “stabil”dir. Bu barədə agentliyin məlumatında deyilir.
Eləcə də bax: İnflyasiyanın aşağı salınması üçün dövriyyədə olan nağd pul - AZALDILACAQ
FED.az xəbər verir ki, “Fitch”in qiymətləndirmələrinə görə, reytinq Azərbaycanın çox güclü xarici balansı, dövlət borcunun aşağı səviyyəsi və suveren rifah fondunun iri aktivləri hesabına dəstəklənir.
Həmçinin, agentlik qeyd edir ki, iqtisadiyyat karbohidrogen sektorundan yüksək səviyyədə asılıdır və iqtisadi siyasət kifayət səviyyədə proqnozlaşdırılan deyil.
“Fitch” qeyd edir ki, “stabil” proqnoz qeyri-neft şaxələndirilməsinin sürətləndirilməsi məqsədilə məhdud perspektivli struktur islahatların aparılması ilə Azərbaycanın xarici və dövlət vəsaitinin gələcəkdə artırılması üçün enerji daşıyıcılarına yüksək qiymətlərdən üstünlükləri tarazlaşdırır.
“Rusiya və Ukrayna ilə ticarətə təsir ortadır, idxal ilə baölı hazırki fasilələr inflyasiya təzyiqini gücləndirir”, - məlumatda qeyd olunur.
Agentliyin qiymətləndirmələrinə görə, enerji daşıyıcılarına yüksək qiymətlər ölkənin xarici maliyyəsinin artımını stimullaşdırır: Fitch neftin qiyməti ilə bağlı artırılması istiqamətində proqnozu təkrar nəzərdən keçirib (2022-ci ildə orta hesabla bir barel üçün $100-dək və 2023-cü ildə bir barel üçün $80).
“Bundan başqa, qazın yüksək qiyməti cari əməliyyatlar üzrə proqnozumuzu möhkəmləndirir: 2022-ci ildə profisit 11 f.b. 26,8%-dək artacaq, daha sonra 2023-cü ildə ÜDM-in 18,4%-dək azalacaq, bu da əvvəlki kimi, “BB” analoji qrupda ən yüksək göstərici olacaq. 2022-ci ilin birinci rübünün sonuna suveren xarici valyutada aktivlər 2021-ci ilin üçüncü rübünün sonuna olan $51,2 milyardddan $52,4 milyardadək artıb (bu da cari ödənişlərin 29,8 ayına ekvivalentdir). Buna ARDNF-nin $45,3 milyard həcmində aktivləri daxildir”, - agentlik vurğulayır. (İnterfaks-Azərbaycan)