ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin (Jannet Yellen) Konqresdəki ikigünlük çıxışından sonra uçot dərəcəsinin bu ilin sonuna qədər artırılması ehtimalları demək olar dəyişməyib və 47,3% olub.
"Forexpf.ru" saytının yazdığına görə, bu barədə ABŞ-ın ən böyük maliyyə törəmə bazarı şirkəti - "CME Group FEDWatch Tool"un hesabatında məlumat verilir.
Hesabatda bildirilir ki, Yellenin çıxışından əvvəl bu ehtimal 47,5% olub. FED-in sentyabr iclasında uçot dərəcəsini artırma ehtimalı isə hazırda 13,3% təşkil edir.