ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) açıq bazarda əməliyyatlar üzrə Komitəsinin gözləmələrinə görə, iqtisadi şərait gələcəkdə federal fondlar üzrə dərəcələrin tədricən artırılmasını təmin etməyə imkan verəcək. Bu barədə FED-in bəyanatında bildirilir.
FED-in Direktorlar Şurası iki günlük iclasın nəticəsi olaraq iyunun 14-də baza faiz dərəcəsini 0,25 faiz bəndi, 0,75-1 faizdən 1-1,25 faizə qədər artırmaq qərarına gəlib.