Avro 0.4% zəifləmə nümayiş etdirərək günü "qırmızı zona"da başa vurdu, amma görəsən bu, həqiqətən də Avropanın monetar tənzimləyicisinin günahıdır?
Analitiklər düşünür ki, Mario Draqinin çıxışında qeyri-adi heç bir şey səslənmədiyindən bu, belə deyildir.
AMB rəhbəri növbəti dəfə vurğuladı ki, lazım gələrsə aşağı faiz dərəcəsi və QE 2017-ci ilin mart ayınadək və ya daha uzun müddətədək qorunub saxlanacaqdır.
Həmçinin ortamüddətli perspektivdə inflyasiya artımı barədə də qeyd edildi. KİV-lər yazırdılar ki, guya investorlar dekabr iclasından sonra QE-nin dəyişəcəyini gözləyir, lakin Draqi bu fikri inkar etdiyindən bazar avro ilə bağlı məyus oldu. Draqi qeyd etdi ki, ona aydın deyil ki, ilk dəfə 22 ay ərzində avrozonada inflyasiyanın 0.4%-ə çatdığı bir anda investorlardan hansı biri dekabrda stimullar paketinin azalmasını gözləyir.
AMB təzəlikcə QE-nin dəyişilməsi üçün kifayət etməyən ilk müsbət siqnalları almağa başladı. O zaman avro nədən cümə axşamı günü aşağı düşdü? USDX üzrə davamlı qalxan tendensiya müşahidə olunur və ən yaxın güclü müqavimət sahəsi 98,59 qiymətində yerləşmişdir. Bu da öz növbəsində EUR/USD cütünün 1,0900 səviyyəsinə düşməsini ehtimal edir.
Nədən dollar indeksi artır? Çünki aparıcı dördlükdən yeganə mərkəzi bank olan ABŞ FRS-i cari il faiz dərəcələrini artıracaq qurum olacaqdır. Kredit bazarlarının dinamikasına da ötəri yanaşmaq olmaz, burada 10-illik dövlət istiqrazlarının gəlirliliyi nəzərəçarpan dərəcədə öz ABŞ və Böyük Britaniya analoqlarına münasibətdə aşağı düşmüşdür və bu da avro üçün mənfi haldır.
Ticarət qərarı: Sell mövqeyi 1,0940/1,0970 açmaq və "take profit" 1,0900-da gəlir götürmək.
freshforex.org©
EUR/USD satmaq məsləhətdir
15:30
21 Okt 2016