Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, yeni açıqlanan məzənnədən qoruyan Türk Lirəsi depozit məhsulunun məqsədinə çatdığını, məzənnənin sabitləşməsinin hər kəsə müsbət təsir edəcəyini bildirib.
Eləcə də bax: Türkiyədə lirə ilə bağlı yeni sistem işə salındı - DETALLAR
FED.az xəbər verir ki, Ərdoğan deyib:
"Valyuta məzənnələrini sərbəst bazar iqtisadiyyatı qaydaları daxilində ölkəmizin gerçəklərinə uyğun səviyyəyə gətirmək üçün açıqladığımız proqram məqsədinə çatmışdır. Millətimiz proqramdakı tədbirləri və qərarlı duruşumuzu təqdirlə qarşıladı, bazarlar da buna uyğun addımları atmışdır.
Biz sərbəst bazar qaydalarına zidd bir iş etmirik, sərbəst bazarın qaydaları ilə işləməsini təmin etməyə çalışırıq.
Burada qazanan yalnız bankda pulu olan və ya ixracat edən deyil, ölkəmizin hamısıdır, 84 milyonun hər bir fərdidir.
Hər kəsi sərmayəyə, məşğulluğa, istehsala, ixraca dəvət edirəm".
Qeyd edək ki, proqramın açıqlanmasından sonra Dollar/TL məzənnəsi 18 səviyyələrindən 12 səviyyələrinədək düşüb.
"Növbədənkənar seçkilər keçirilməyəcək və nöqtə"
"Buradan bir daha bəyan edirəm ki, növbədənkənar seçkilər keçirilməyəcək və nöqtə", - Türkiyə Prezidenti Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib. (Marja)