Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayevin göstərişi ilə qurumun işçi heyətinin təxminən yarısı yeni kadrlarla əvəz edilib.
FED.az Report-a istinadən xəbər verir ki, bu haqda Fonddakı mənbə bildirib.
Məlumata görə, işdən kənarlaşanlar Fondun sabiq icraçı direktoru Azad Cavadovun vəzifəyə təyin etdiyi şəxslərdir. Əvəzetmə prosesinin paralel olaraq ADİF-in ləğvedici olduğu banklarda da aparıldığı bildirilir.