Dünyanın ən böyük texnologiya fondu olan "SoftBank Group" iyunda sona çatan rübdə 3,16 trilyon yen (23,4 milyard dollar) məbləğində rekord xalis zərər edib.
Eləcə də bax: ARDNF bu il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini - UZADIB
FED.az xəbər verir ki, zərərin səbəbi ""SoftBank Group"un sahib olduğu "Vision Fund"ın portfelində olan texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşmasıdır.
Daha çox texnologiya şirkətlərinin səhmlərinin yer aldığı Nasdaq 100 indeksi 22 faiz düşərək 2008-ci il maliyyə böhranından bəri ən pis performansını nümayiş etdirib.
Dünyanın ən böyük texnologiya fondu olan "Vision" yüzlərlə ictimai olmayan startap şirkətlərində də yüksək paya malikdir. (Marja)