Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar ayında Türkiyə Mərkəzi Bankında (TMB) 6 ay müddətinə yerləşdirdiyi 1 milyard avro depozitin müddətini 5 ay (bu ilin sonuna qədər) uzadıb.
Eləcə də bax: Neft Fondu Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit - YERLƏŞDİRİB
FED.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
"Həmin depozit ARDNF-in investisiya strategiyası və qaydaları çərçivəsində, mərhələli şəkildə TMB-də yerləşdirilib. Bu yatırım həyata keçirilərkən onun Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verməsi, eləcə də, cari bazar konyukturası nəzərə alınaraq depozitin müddətinin uzadılmasına qərar verilib", - deyə açıqlamada qeyd olunub. (Report)