Azərbaycan “Covid-19” pandemiyası dövründə 1,7 milyon nəfərə sosial ödənişlərə çıxışı təmin edib.
Dünya Bankı Azərbaycanı "Doing Business"i əvəz edəcək yeni məruzəyə - DAXİL EDİR
FED.az xəbər verir ki, bunu “İnsan Kapitalının Şok və Böhranlarıdan Qorunması” hesabatı ilə bağlı çıxışı zamanı Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Mayk deyib.
Sara Mayk həmçinin bildirib ki, pandemiya dövründə Azərbaycanın səhiyyə sektorunda irəliləyişə nail olunub.
"Sistemlərin gücləndirilməsi və dayanıqlılıq böyük ölçüdə qarşılıqlı əlaqəlidir, buna görə də insan inkişafı sistemlərinə sərmayə qoymaq həm uzunmüddətli insan kapitalının nəticələrini yaxşılaşdırmağa, həm də insanları böhranlardan qorumağa kömək edir”- deyə S.Maykl əlavə edib. (Apa)