Dünya Bankı Azərbaycanı yeni "Business Ready" (B-Ready) layihəsinə daxil edəcək.
"Doing Business" hesabatında Azərbaycanla bağlı məlumatı - KİMLƏR SAXTALAŞDIRIB?
FED.az bu barədə çərşənbə axşamı Dünya Bankına istinadən xəbər verir.
""Doing Business"i əvəzləyəcək "В-Ready" məruzəsi ölkələrdə investisiya və biznes mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslaşdırılmış yanaşmanı təmin edəcək. Məruzənin ilk buraxılışının 2024-cü ildə dərc olunacağı planlaşdırılır. Bundan başqa, yeni məruzədə 54 iqtisadiyyat əhatə olunacaq", - Dünya Bankının məlumatında deyilir.
Həmçinin bankın mətbuat xidmətindən verilən məlumata görə, "B-Ready" məruzəsində biznesin qurulması, biznesin yerləşdirilməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergiqoyma, bazar rəqabəti, mübahisələrin həlli və iflas kimi mövzulara xüsusi diqqət yetiriləcək. (Trend)