Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) ümumi xərclərinin 43,2 %-ni təşkil etməklə 7 655,2 milyon manat məbləğində icra olunub.
Eləcə də bax: Maliyyə Nazirliyindən dövlət büdcəsinin icrasına dair - OPERATİV MƏLUMAT
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi bildirir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 483,5 milyon manat və yaxud 6,7% çoxdur.
9 ay ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanlarının qəbul etdiyi öhdəliklər tam və vaxtında maliyyələşdirilib.