Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 9 574,2 milyon manat olub.
FED.az xəbər verir ki, məlumat Dövlət Statistika Komitəsinin aylıq makroqitisadi göstəricilərində yer alıb.
Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 27,6% artıb.
Qeyd edək ki, bu ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 821,0 milyon manat təşkil etmişdi ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% azdır.
Cari ilin fevral ayında dövlət büdcəsinin gəlirləri 1 792,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% artıqdır.
Bu ilin mart ayında dövlət büdcəsinin gəlirləri 4 197, 7 milyon manat olub, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6% artıqdır.
Bu ilin aprel ayında isə dövlət büdcəsinin gəlirləri 1 633,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% artıqdır.