Dollar/TL məzənnəsi, cümə günü açıqlanacaq ABŞ-da məşğulluq məlumatından əvvəl 8,9728-ni görərək rekord yeniləyib.
FED.az xəbər verir ki, ABŞ məşğulluq məlumatı açıqlanmamışdan əvvəl inkişaf edən ölkələrin pul vahidləri ucuzlaşıb, ən çox dəyər itirən pul vahidi 1%-dən çox itki ilə Türk lirəsi olub.
Fed-in qiymətli kağız alışını azaltması təqvimi üçün fokuslandığı əsas məlumat məşğulluqdur. Fed sədri Jerome Powell bildirib ki, məşğulluq stabil artmaqda davam edərsə Fed qiymətli kağız (istiqraz) alışlarını azaltmağa bu il başlaya bilər. Qiymətli kağız alışlarının azaldılması və ABŞ-da faizlərin yüksəlməsi inkişaf edən ölkə pul vahidləri üzərində təzyiqin artmasına səbəb ola bilər.
Türk Lirəsinin ucuzlaşmasına, "Reuters"in, Türkiyə Przidenti Rəcəb Tayyib Ərdoğanın Mərkəzi Bankın sədri Şahap Kavcıoğluna güvəninin azaldığına dair xəbərinin də təsiri olduğu bildirilir.
Qeyd edək ki, bir toplantıda çıxış etmiş Kavcıoğlu, məzənnədəki yüksəlişin ABŞ dollarının gücü ilə əlaqədar olduğunu və faiz artıran ölkələrdə də dolların yüksəldiyini bildirib. (Marja)