Çərşənbə günü qızılın qiymətləri 3-həftəlik maksimumuna qədər qalxdı, çünki ABŞ dolları öz 9-aylıq maksimumundan geri çəkildi. Bu da sözügedən qiymətli metala qarşı marağı artırdı.
Nyu-Yorkun əmtəə birjasının bölməsi COMEX-də çatdırılma ilə qızıl dekabrda bir troy unsiyasına $1277,15 dollara çatdı, bu da sessiyanın maksimumu və 5 oktyabr tarixindən bəri müşahidə olunan pik qiymət idi.
Saat 07:10 GMT-yə olan məlumata görə qiymət 2.35 dollara (0.18%) qədər artaraq $1276,05 dollar təşkil etdi.
Dollar indeksi indi 98,57 qiymətində qərarlaşıb. Bu da fevral ayının 1-dən bəri bu yaxında müşahidə olunan 99.09 maksimumunun alınmasından sonra baş verdi.
Məlum olduğu kimi ABŞ dollarının zəifləməsi qızıla dəstək olur, çünki bu vəziyyət alternativ aktiv qismində sözügedən qiymətli metala qarşı marağı artırır və digər valyuta sahibləri üçün dollarda alınan malların qiymətini aşağı salır.
Bu yaxınlardakı uğurlarına baxmayaraq, qızıl üzrə proqnozlar hələ də neqativ qalır, çünki ABŞ-ın optimistik iqtisadi məlumatları seriyası FRS-in rəhbər nümayəndələrinin atəşin çıxışları ilə birgə yaxın aylarda faiz dərəcələrinin artırılmasına olan ümidləri gücləndirdi.
investing.com©