ABŞ dollarının kursu avroya münasibətdə artıq ikinci sessiya ardıcıl olaraq stabildir və avrozona ilə ABŞ-ın pul-kredit siyasəti ilə bağlı fikirayrılıqları fonunda mart ayından bəri maksimum həddə yaxınlaşmışdır.
Avro 25 oktyabr tarixində Moskva vaxtı ilə saat 8:37-də $1,0881 dollar idi, halbuki bazar bağlandıqda $1,0882 təşkil edirdi.
Valyuta bazarının iştirakçıları Avropa mərkəzi bankının cari yumşaq pul-kredit siyasətini uzun müddət boyunca qoruyub saxlayacaqlarını gözləyirlər. Bu fikri həmçinin keçən həftə AMB-nın rəhbəri Mario Draqinin şərhləri də dəstəkləmişdi. Draqi bildirmişdi ki, faiz dərəcələri uzun müddət cari səviyyəsində və ya daha aşağı səviyyədə saxlanılacaqdır və kəmiyyət yumşaldılması proqramı bitdikdən sonra da artırılmayacaqdır.
Gələn ilin mart ayınadək davam edəcək və ayda 80 milyard avroluq aktivlərin alınmasını cəlb edəcək proqram qəfildən dəyişdirilməyəcəkdir. Bu sözləri M.Draqi söyləmişdi.
Bununla belə, bu yaxınlarda Çikaqo FRB-nin (federal rezerv bankı) sədri Çarlz Evans elan etdi ki, 2017-ci ilin sonunadək ABŞ-da ən azı 3 baza dərəcəsinin artırılacağını gözləyir.
Dolların yuana münasibətdə kursu 104,18-dən 104,42-dək qalxmışdı, avro isə yuana münasibətdə 113,62 səviyyəsində qərarlaşmışdı, halbuki bir gün əvvəl (bazar ertəsi) 113,37 yuan təşkil edirdi.
Yapon valyutasının zəifləməsi Yaponiya Bankının rəhbəri Xaruxiko Kurodanın bəyanatından sonra baş verdi. O, qeyd etmişdi ki, mərkəzi bank tərəfindən aktivlərin alınmasının dərhal ixtisar edilməsində heç bir ehtiyac görmür. Həmçinin bildirmişdi ki, ola bilsin gələcəkdə mərkəzi bankın cari templərlə, yəni ilə 80 trilyon yuan (770 milyard dollar), dövlət istiqrazlarının alınmasını davam etdirməsinə heç bir ehtiyac qalmayacaqdır.
Yaponiya MB-nın növbəti iclası 1 noyabr, Fedrezervinki isə 2 noyabr tarixində baş tutmalıdır.
ABŞ dollarına və avroya münasibətdə kanada dolları da 0.3% zəifləyir. Bu isə Kanada MB-nin rəhbəri Stiven Polozun öz əvvəlki bəyanatlarına aydınlıq gətirməsindən sonra baş verdi. O, qeyd etmişdi ki, MB hazırda təxminən il yarım gözləməyi planlaşdırır. İlk öncə treyderlər bunu MB-nin pul-kredit siyasətinə istinad kimi qəbul elədilər və kanada dollarının kursu qalxdı, lakin sonra ayrıca verdiyi bəyanatda Poloz qeyd etdi ki, onun dediyi sözlər pul-kredit siyasəti ilə bağlı deyildir.
investing.com©
Dollar avroya münasibətdə dəyişməz qalır, yuana münasibətdə isə bahalaşır
13:44
25 Okt 2016