Dollar/TL məzənnəsində artım davam edib.
FED.az xəbər verir ki, məzənnə 10 səviyyəsini də aşaraq tarixinin ən yüksək səviyyəsini görüb.
Məzənnə 10,0613 səviyyəsini test edib.
Dollar/TL məzənnəsinin artmasına dolların qlobal olaraq bahalaşması və Türkiyə Mərkəzi Bankının (TCMB) 18 noyabrda keçirəcəyi yığıncağı ilə bağlı gözləntilər səbəb olur.
ABŞ-da proqnozları üstələyən və son 31 ilin ən sürətli artımını qeyd edən inflyasiya açıqlandıqdan sonra Dollar bahalaşır. (Marja)