Dollar/Türk lirəsi (TL) məzənnəsi daha bir səviyyəni aşıb.
Eləcə də bax: Dollar - 10 Türk Lirəsi Oldu
FED.az xəbər verirki, 1 dolların dəyəri ötən həftənin cümə günü ilk dəfə 10 TL-ni keçib və bu gün Bakı vaxtı ilə saat 08:54-də 10,0494 olub.
TL-nin dəyərdən düşməsi, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) inflyasiyanın artmasına baxmayaraq faiz endirimləri etməsilə sürətlənib. Eyni zamanda qlobal olaraq dolların bahalaşması TL-nin üzərində təzyiq yaradır.
Dolların 1 TL-dən 2 TL-yə yüksəlməsi 12 il davam edərkən, 4 TL-dən 10 TL-yə yüksəlməsi 3 il ərzində baş verib.
(Marja)