Amerikalı aktyor Leonardo Di Kaprio xeyriyyə fondu “Xarvi” qasırğadan zərər çəkənlərə yardım məqsədilə bir milyon dollar ayırıb.
FED.az Azertag-a istinadən xəbər verir ki, “The Washington Post”un məlumatına görə, “One Way” təşkilatının rəhbəri Brayan Qallaxer yardıma görə aktyora təşəkkürünü bildirib: “Biz Leonardo Di Kaprio və onun fonduna əliaçıqlığa görə son dərəcədə minnətdarıq. Qasırğanın vurduğu ziyan bizdən ən yaxşını tələb edir”.
Xəbər verildiyi kimi, bir qədər əvvəl Oskar mükafatı laureatı Sandra Ballok da qasırğadan zərər çəkənlərə yardım üçün bir milyon dollar yardım edib. Vəsait Amerika Qırmızı Xaç Komitəsinə köçürülüb.
Qeyd edək ki, Texasda baş verən “Xarvi” qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.