Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 280 mln. 128,4 min manat təşkil edib.
2016-cı ilin eyni ayı ilə müqayisədə daxilolmalar 36 mln. 038,8 min manat və ya 14,76 çoxdur. Bu ilin iyul ayı ilə müqayisədə isə DGK xətti ilə apreldə dövlət büdcəsinə köçürülən məbləğ 23 mln. 518,0 min manat və ya 9,16% çoxdur.
Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 65 mln. 310,3 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 202 mln. 150,9 min manat, aksizlər üzrə 8 mln. 556,9 min manat, yol vergisi üzrə isə 4 mln. 110,3 min manat təşkil edib.