Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 mlrd. 427 mln. 836,91 min manat daxil olub.
"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 245 mln. 666,99 min manat və ya 21% artıb.
Bu ilin yanvar-iyul ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 382 mln. 731,24 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 981 mln. 134,04 min manat, aksizlər üzrə 45 mln. 426,6 min manat, yol vergisi üzrə isə 18 mln. 545,03 manat təşkil edib.