Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya iqtisadiyyatı ilə bağlı növbəti iki il üçün proqnozunu yaxşılaşdırıb, ABŞ üçün isə 2024-cü il üçün proqnozuni 0,2 faiz bəndi aşağı salıb.
BVF Azərbaycanın da daxil olduğu CCA ölkələri üzrə iqtisadi proqnozunu - AÇIQLAYIB
FED.az fondun proqnozlarına istinadən xəbər verir ki, Rusiya Federasiyasında iqtisadi tənəzzül 2022-ci ildə proqnozlaşdırılan 3,4% yox 2,2% səviyyəsində olub. BVF 2023-cü ildə Rusiya iqtisadiyyatının (ümumi daxili məhsulunun - ÜDM) 0,3% artacağını proqnozlaşdırır ki, bu da ötən ilin oktyabr ayı proqnozundan 2,6 faiz bəndi yaxşıdır. Proqnoza görə, 2024-cü ildə Rusiya iqtisadiyyatı 2,1% artacaq, bu, eyni dövr üçün oktyabr ayı proqnozundan 0,6 faiz bəndi yaxşıdır.
Qlobal iqtisadiyyat üçün BVF 2024-cü ildə 3,1% artım gözləyir ki, bu da ötən ilin oktyabrından 0,1 faiz bəndi daha pisdir. 2023-cü ildə 2,9% artım gözlənilir ki, bu da oktyabr ayı proqnozundan 0,2 faiz bəndi yaxşıdır.
Fondun 2024-cü il üçün ABŞ iqtisadiyyatı ilə bağlı gözləntiləri pisləşib. İndi BVF 2024-cü ildə ABŞ-da, oktyabr proqnozundan 0,2 faiz bəndi aşağı olmaqla 1% artım proqnozlaşdırır. BVF-nin proqnozuna görə, 2023-cü ildə ABŞ iqtisadiyyatı 1,4% artacaq ki, bu da oktyabr ayı proqnozundan cəmi 0,4 bəndi çoxdur. (Marja)