Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın da daxil olduğu Qafqaz və Mərkəzi Asiyanın (CCA) neft və qaz ixrac edən ölkələri üzrə iqtisadi proqnozunu açıqlayıb.
Eləcə də bax: BVF: 2022-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-in artımı - 5%-İ KEÇƏCƏK
FED.az xəbər verir ki, bu barədə BVF-nin “Regional İqtisadi Baxış: Yaxın Şərq və Mərkəzi Asiya” hesabatında məlumat yer alıb.
BVF-nin proqnozuna görə, bu il real ümumdaxili məhsulun (ÜDM) artımı 2,6% 2023-cü ildə isə 3,8% civarında gözlənilir. ÜDM-in qeyri-neft sektoru üzrə artımı bu il üçün 3,5%, 2023-cü il üzrə isə 3,2% müəyyən edilib. Fondun proqnozuna görə, cari əməliyyatlar balansının artımı (CƏB) bu il üzrə 8,3%, gələn il üçün 7,3%, ümumi fiskal balansın artımı isə müvafiq olaraq 2,1% və 2,6% təşkil edəcək.
BVF bu ölkələr üzrə 2022-ci ildə orta illik inflyasiyanı 14,1%, 2023-cü ildə isə 11,1% proqnozlaşdırıb.
Qeyd edək ki, CCA-nın neft və qaz ixrac edən ölkələrinə Azərbaycan, Qazaxıstan və Türkmənistan daxildir. (Apa)