Okğyarnı 26-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 20 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.8416 AZN (7%) və 102.3790 AZN (5.45%) olan 21 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2894 AZN (5.6999%), orta ölçülmüş qiyməti 101.4055 (5.6732%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87,9 milyon manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazların ödəmə tarixi 20 oktyabr 2026-cı il.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.