Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi faiz qərarını açıqlayacaq. Faiz qərarı Bakı vaxtı ilə saat 15:00-da bəyan ediləcək.
Eləcə də bax: İstanbulda mənzil qiymətləri - 3 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, Reuters-in sorğusuna qatılan iqtisadçıların əksəriyyəti oktyabr ayında TCMB-nin faizini 100 faiz bəndi də azaldılaraq 12 faizdən 11 faizə endiriləcəyini gözləyirlər.
Reuters-in sorğusuna qatılan 20 iqtisadçıdan 13-ü TCMB-nin siyasət faizini 100 baza bəndi endirəcəyini gözlədiyi halda, sorğuda iştirak edən bir iqtisadçı faizin 50 faiz bəndi azaldılaraq 11,50 faizə edüşəcəyini, 6 iqtisadçı isə sabit (dəyişməz) saxlanacağını proqnozlaşdırıb.
TCMB-nin faiz dərəcəsinin 2022-ci ilin sonuna qədər keçiriləcək bütün iclaslarında 100 faiz bəndi azaldılaraq 9%-ədək endiriləcəyi nəzərdə tutulur.
Həmçinin sorğuya görə, TCMB-nin 2023-cü ilin ikinci rübündən etibarən faiz dərəcəsini artıracağı gözlənilir. 2023-cü ilin ikinci yarısından etibarən faiz dərəcəsinin 17-18 faizə yüksəlməsi gözlənilir. Ən yüksək hesablamaya görə, siyasət faizi 2023-cü ilin ikinci yarısında 40 faiz səviyyəsinə yüksələ bilər.
Türkiydə illik inflyasiya 83,5 faizə yüksəlib. (Marja)