Türkiyədə mənzil qiymətlərində artım tempi Avqust ayında da davam edib və artımda yeni rekord qeydə alınıb.
Eləcə də bax: Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı - AZALIB
FED.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) açıqladığı mənzil qiymətləri indeksinə görə, avqust ayında Türkiyədə mənzil qiymətləri illik 184,6 faiz artıb. İstanbulda isə mənzil qiymətləri 210,8% yüksəlib.
Məlumata görə, eyni dövrdə Türkiyədə yeni evlərin qiymətləri illik 176,4 faiz artıb. Köhnə mənzil qiymətlərində isə 185,4 faiz artım olub. Türkiyədə mənzilin bir kvadrat metri üzrə orta qiymət 15 min 76 TL olub.
İstanbulda yeni evlər 205,7%, köhnə evlər isə 211,5 faiz bahalaşıb. İstanbulda 1 kvadrat metr üzrə orta qiymət 24 min 533 TL təşkil edib.
Ankarada mənzil qiymətləri avqust ayında illik 193,5 faiz artıb. Kvadrat metr üzrə orta qiymət 10 min 780 TL-yə yüksəlib. İzmirdə isə eyni dövrdə illik artım 175,7% olub. İzmirdə kvadrat metr üzrə orta qiymət 17 min 305 TL olaraq qeydə alınıb. (Marja)